Ötən ay mina partlayışlarının hansı rayonlarda qeydə alındığı açıqlanıb

Ötən ay mina partlayışlarının hansı rayonlarda qeydə alındığı açıqlanıb "2022-ci ilin iyul ayında 3 mina partlaması hadisəsi nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb".
Hadisə
2 Avqust , 2022 14:43
Ötən ay mina partlayışlarının hansı rayonlarda qeydə alındığı açıqlanıb

"2022-ci ilin iyul ayında 3 mina partlaması hadisəsi nəticəsində 3 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb".

Bu barədə "Report"a Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən məlumat verilib.

Bildirilib ki, nəticədə ikisi mülki şəxs olmaqla üç nəfər mina partlamasından yaralanıb: "Hadisələrin ikisinə tank əleyhinə mina səbəb olub".

Qeyd olunub ki, 2022-ci ilin iyul ayında hadisələr Xocavənd, Cəbrayıl və Kəlbəcər rayonlarının ərazisində baş verib: "Ümumilikdə 2022-ci ilin ilk yeddi ayında 38 nəfərin minalardan və partlamamış hərbi sursatlardan zərər çəkdiyi qeydə alınıb. Bunlardan da 2 nəfəri kasetli silah partlamasından olmaqla 3 nəfəri həlak olub.

2020-ci il noyabrın 10-dan 2022-ci il avqustun 1-dək minaların və partlamamış hərbi sursatların partlaması ilə bağlı 102 mülki şəxs zərər çəkib. Nəticədə 32 nəfər həlak olub, 70 nəfər yaralanıb".

Son xəbərlər

Orphus sistemi