Siyəzəndə su kanalında batan şəxsin meyiti tapılıb

Siyəzəndə su kanalında batan şəxsin meyiti tapılıb Siyəzəndə su kanalına düşən şəxs xilas edilib.
Hadisə
15 Aprel , 2022 21:03
Siyəzəndə su kanalında batan şəxsin meyiti tapılıb

Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1989-cu il Müzəffərov Sənan Abdul oğlunun axtarışları başa çatıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

S.Müzəffərovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 30 km aralıda tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

16:44

Siyəzəndə bir nəfər su kanalında batıb.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

FHN-in "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Siyəzən rayonu, Beşdam kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Son xəbərlər

Orphus sistemi