Siyəzən və Tərtər sakinlərindən silah götürüldü

Siyəzən və Tərtər sakinlərindən silah götürüldü Siyəzən və Tərtər sakinlərində silah aşkarlanılıb.
Hadisə
23 Sentyabr , 2020 11:15
Siyəzən və Tərtər sakinlərindən silah götürüldü

Siyəzən və Tərtər sakinlərində silah aşkarlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Quba Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Siyəzən rayon sakini A.Cəlilovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb. 

Bundan başqa, Tərtər RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Evoğlu kənd sakini E.Quliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
 

Son xəbərlər

Orphus sistemi