Şirvanda quldurluq etməkdə şübhəli bilinən şəxs tutulub

Şirvanda quldurluq etməkdə şübhəli bilinən şəxs tutulub Faktlarla bağlı araşdırma aparılır
Hadisə
9 Avqust , 2016 11:43
Şirvanda quldurluq etməkdə şübhəli bilinən şəxs tutulub

Bakı. 9 avqust. REPORT.AZ/ Şirvan şəhərində quldurluq edərək 5 min manat və 970 ABŞ dolları pul, habelə qızıl aparan şəxs tutulub.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il oktyabrın 30-da şəhər sakini Vəli Ələkbərova məxsus evdən quldurluq yolu ilə 5 min manat və 970 ABŞ dolları pul, habelə qızıl əşyalar aparmaqda şübhəli bilinən həmyerliləri Fəxrəddin Şükürov tutulub, daha 2 nəfər isə müəyyən edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların iyunun 3-də Sudşa Bəylərovaya məxsus evdən quldurluq yolu ilə 10 min manat dəyərində qızıl əşyalar aparmaları da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi