Şirvanda 22 yaşlı gənc itkin düşüb - FOTO

Hadisə
  • 23 iyun, 2018
  • 07:15
Şirvanda 22 yaşlı gənc itkin düşüb - FOTO

Şirvan. 23 iyun. REPORT.AZ/ Şirvan şəhərində 22 yaşlı gənc itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan “Report”un Aran bürosuna verilən məlumata görə, Sabirabad rayonu Dadaşbəyli kənd sakini Xancan Osmanov iyunun 4-də kənddə yaşadığı evdən çıxaraq Şirvan şəhərinə gedib və bir daha geri qayıtmayıb.

Onun boyu 180 sm, gözlərinin rəngi qəhvəyidir.

X.Osmanovu görənlərdən DİN-nin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 və (055) 527-57-77 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.