DİN milli parkda ceyran ovlayan şəxslərin saxlanılması ilə bağlı məlumat yayıb

DİN milli parkda ceyran ovlayan şəxslərin saxlanılması ilə bağlı məlumat yayıb Daxili İşlər Nazirliyi (DİN) Şirvan Milli Parkında ceyran ovlayan şəxslər saxlanılması ilə bağlı məlumat yayıb.
Hadisə
23 Oktyabr , 2019 11:34
DİN milli parkda ceyran ovlayan şəxslərin saxlanılması ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Şirvan Milli Parkında ceyran ovlayan şəxslər saxlanılması ilə bağlı məlumat yayıb.

Nazirliyin Mətbuat Xidmətinin Şirvan Regional qrupundan "Report"a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdikləri tədbir zamanı Şirvan Milli Parkında bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxslər tutulub.

Araşdırma nəticəsində bu cinayəti törədənlərin rayon sakinləri N.Həsənov, İ.MəmmədzadəR.Əsədov olduğu müəyyən edilib. 

Saxlanılan şəxslərdən 1 baş ovlanmış ceyran, 1ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi və 1 ədəd patron aşkar edilərək maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi