Sərxoş vəziyyətdə piyadanı vurub öldürən sürücüyə hökm oxunub

Sərxoş vəziyyətdə piyadanı vurub öldürən sürücüyə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şaiq Mikayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
16 Aprel , 2019 18:01
Sərxoş vəziyyətdə piyadanı vurub öldürən sürücüyə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şaiq Mikayılovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, Ş.Mikayılov sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı maşınla yol-nəqliyyat hadisəsi törədib. Qəza zamanı piyada Səkinə Ramazanova hadisə yerində dünyasını dəyişib. İki avtomobilə isə ciddi ziyan dəyib. Ş.Mikayılov qəzadan sonra hadisə yerindən qaçıb.

Xatırladaq ki, Ş.Mikayılovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi