​Şərurlu İsfəndiyarın qardaşı oğluna qarşı dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

​Şərurlu İsfəndiyarın qardaşı oğluna qarşı dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb Məhkəmənin növbəti iclası fevralın 16-na təyin edilib
Hadisə
3 Fevral , 2016 09:41
​Şərurlu İsfəndiyarın qardaşı oğluna qarşı dələduzluq edən şəxsin şikayəti əsasında məhkəmə başlayıb

Bakı. 3 fevral. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazov barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası başlayıb.

"Report" xəbər verir ki, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası fevralın 16-na təyin edilib.

Qeyd edək ki, "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.

Bundan başqa, Şərur rayonunun keçmiş icra başçısı Rəfael Rəsulovun oğlu Orxan Rəsulov, Polis Akademiyasının keçmiş rəisi, general-mayor Ramiz Nağıyevin oğlu Tağı Nağıyev də məhkəmədə zərərçəkmiş səxs qismində ifadə verib.

Hadisə isə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

2015-ci ilin dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə A.Eyvazov 11 il müddətinə azadlıqdan məhrum edilib. Qərardan narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi