Şənbə günü Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb

Hadisə
  • 12 sentyabr, 2016
  • 09:00
Şənbə günü Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Ötən həftənin şənbə günü Azərbaycan ərazisində 7 yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, həmin hadisələr nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.