Şəmkirdə yol qəzası baş verib, ölən var -YENİLƏNİB

Şəmkirdə yol qəzası baş verib, ölən var -YENİLƏNİB Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub.
Hadisə
27 İyun , 2019 19:47
Şəmkirdə yol qəzası baş verib, ölən var -YENİLƏNİB

Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə zamanı "VAZ"-ın sürücüsü, 1973-cü il təvəllüdlü Elmar Tağıyev aldığı ağır xəsarətlərdən yadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırmalara başlanılıb. 


*** 18:23

Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-2107" markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirərək "KamAz" markalı yük maşını ilə toqquşub.

Qəza zamanı bir nəfərin öldüyü bildirilir. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi