Şəmkirdə sərxoş şəxs təcili yardım məntəqəsinə zərər vurub

Şəmkirdə sərxoş şəxs təcili yardım məntəqəsinə zərər vurub Şəmkir. 1 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda təcili tibbi yardım məntəqəsində tibbi yardım göstərilən sərxoş kişi işçilərə çətin anlar yaşadıb.
Hadisə
1 Yanvar , 2018 23:40
Şəmkirdə sərxoş şəxs təcili yardım məntəqəsinə zərər vurub
Foto: Report.az

Şəmkir. 1 yanvar. REPORT.AZ/ Şəmkir rayonunda təcili tibbi yardım məntəqəsində tibbi yardım göstərilən sərxoş kişi işçilərə çətin anlar yaşadıb.

"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini sərxoş vəziyyətdə dostları tərəfindən Şəmkir rayon Təcili Tibbi Yardım Məntəqəsinə aparılıb.

Normadan artıq spirtli içki qəbul edən şəxsə tibb işçiləri tərəfindən yardım göstərilib. Bir qədər sonra o, içkinin təsirindən işçilərlə mübahisə edib, eyni zamanda məntəqənin bir neçə pənçərəsinin şüşələrini sındırıb.

Tibb işçiləri və dostları onu sakitləşdirmək istəsələr də, buna nail ola bilməyiblər. Sərxoş kişi daha sonra yaxınları tərəfindən oradan uzaqlaşdırılıb. 

Son xəbərlər

Orphus sistemi