Şəmkirdə qonşular arasında kütləvi dava bir nəfərin bıçaqlanması ilə bitib

Şəmkirdə qonşular arasında kütləvi dava bir nəfərin bıçaqlanması ilə bitib Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Oktyabr , 2015 11:08
Şəmkirdə qonşular arasında kütləvi dava bir nəfərin bıçaqlanması ilə bitib

Bakı. 17 oktyabr. REPORT.AZ/ Şəmkirdə iki qonşu arasında baş verən kütləvi dava qonşulardan birinin bıçaqlanması ilə bitib. "Report"un məlumatına görə, qonşular arasında kütləvi dava rayonun Muxtariyyə kəndində baş verib. 

Kənd sakini, 22 yaşlı Ülvi Məhəmmədov qonşular arasında baş verən kütləvi davada bıçaqlanaraq ağır bədən xəsarətləri alıb. Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. 

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi