Şəmkirdə qadın öz həyat yoldaşını bıçaqlayıb

Şəmkirdə qadın öz həyat yoldaşını bıçaqlayıb Onun vəziyyəti orta-ağırdır
Hadisə
16 Sentyabr , 2017 18:29
Şəmkirdə qadın öz həyat yoldaşını bıçaqlayıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb bürosu xəbər verir ki, hadisə rayonun Şiştəpə kəndində qeydə alınıb.

Kənd sakini, 1976-cı il təvəllüdlü Hüseynov İntizam Ehtiram oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Bud nahiyəsindən xəsarət alan yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi