Şəmkirdə məktəb direktoru yol qəzasına düşdü, ölənlər var - YENİLƏNİB

Hadisə
  • 13 aprel, 2020
  • 17:21
Şəmkirdə məktəb direktoru yol qəzasına düşdü, ölənlər var - YENİLƏNİB

Şəmkirdə "VAZ" markalı avtomobil yük maşını ilə toqquşub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı "VAZ" zərbənin gücündən yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə zamanı 2 nəfər ölüb. Onlardan biri Şəmkir rayonu, Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin direktoru, 1964-cü il təvəllüdlü  Vəliyev Eyvaz Nurqələm oğludur. O, avtomobilə sərnişin qismində əyləşib.

Hadisə zamanı habelə daha bir nəfər - 1967-ci il təvəllüdlü Abbasov Xaqani İslam oğlu ölüb.  

Faktla bağlı araşdırma aparılır.


***20:50

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Qəzada ölənlərin olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.