Şəmkirdə narkotik bitkilər becərən şəxs saxlanıldı

Şəmkirdə narkotik bitkilər becərən şəxs saxlanıldı Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub
Hadisə
8 İyul , 2020 11:05
Şəmkirdə narkotik bitkilər becərən şəxs saxlanıldı
0 : 00
0 : 00

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.

Bu barədə "Report"un Qərb Mərkəzinə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib. 

Bildirilib ki, iyul ayının 7-də  Şəmkir RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Nəriman Cəfərova məxsus, Şəmkir-Çinarlı avtomobil yolunun sol tərəfində yerləşən pay torpaq sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb. Hal şahidlərinin iştirakı ilə torpaq sahəyə baxış zamanı oradan 13 ədəd çətənə kolu aşkar olunub. Bundan başqa N.Cəfərova məxsus yardımçı tikiliyə baxış zamanı 460 qram narkotik vasitə olan qurudulmuş marixuana  aşkar olunaraq götürülüb.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı N.Cəfərov çətənə kollarını özü şəxsi istifadə məqsədi ilə becərdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi