Yuxarı

Şəmkirdə meşə zolağında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Yanğın dağlıq zonada yerləşən meşənin 5 hektar ərazisini əhatə edib

Şəmkir. 18 iyul. REPORT.AZ/ Şəmkirdə meşə zolağında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, ilkin olaraq yanğına ərazidə mal-qara otaran çobanların odla diqqətsiz davranmasının səbəb olduğu ehtimal edilir.

Yanğın dağlıq zonada yerləşən meşənin 5 hektar ərazisini əhatə edib və əsasən kol-kos və xırda ağacların olduğu ərazidə qeydə alınıb. Aparılan yanğınsöndürmə işləri nəticəsində yanğının daha da genişlənməsinin və qalın meşə zolağına keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.

***21:30

Şəmkir rayonunun Abbaslı kəndi ərazisində yerləşən meşə zolağında yanğın başlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və xeyli sayda canlı qüvvəsi, həmçinin Gəncədən də yanğınsöndürmə briqadası cəlb olunub.

Yanğının söndürülməsində kənd sakinləri də köməklik göstərir. Hazırda alovun söndürülməsi istiqamətində iş aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi