Şəmkir rayonunda evlərdən və mağazadan oğurluq edilib.
Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri 34 yaşlı Babək Sadıqov və 31 yaşlı Fərid Torkiyev rayon ərazisindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları, müxtəlif məbləğlərdə nağd pul oğurlayıblar. Dəstə üzvləri oğurluq yolla əldə etdikləri qızıl zinət əşyalarının bir qismini Gəncə şəhərində özləri, digər bir qismini isə Bakı şəhər sakini Elba Əhmədov vasitəsi ilə satıblar.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı saxlanılan şəxslərin Tovuz rayonunda da anoloji cinayət hadisələrini törətdikləri məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.