Şəmkirdə azyaşlını elektrik cərəyanı vuraraq öldürüb

Şəmkirdə azyaşlını elektrik cərəyanı vuraraq öldürüb Daha bir analoji hadisə Sabirabadda da qeydə alınıb
Hadisə
9 İyul , 2016 11:39
Şəmkirdə azyaşlını elektrik cərəyanı vuraraq öldürüb

Bakı. 9 iyul. REPORT.AZ/ Azərbaycanda iki şəxsi elektrik cərəyanı vuraraq öldürüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, iyulun 8-də Sabirabad rayonunun Nərimankənd kəndində rayon sakini Murtuzəli Musayev transformatorda təmir işləri apararkən elektrik cərəyanı vurmasından ölüb.

Analoji hadisə Şəmkirdə də qeydə alınıb. İyulun 8-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində yaşayan azyaşlı Oruc İsgəndərovu elektrik cərəyanı vurması nəticəsində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi