Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Hadisə
  • 28 may, 2019
  • 19:36
Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB

Şəmkir rayonunda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb. 

Belə ki, rayon sakini 1972-ci il təvəllüdlü Həsən İlyasov yolu qarşı tərəfə keçmək istəyərkən avtomobil onu vurub. 

Ağır bədən xəsarətləri alan yaralı hadisə yerində ölüb. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir  rayon şöbəsinə yerləşdirilib. 


*** 19:24

Şəmkir rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Şəmkir şəhər Şıxali Qurbanov küçəsində qeydə alınıb. Avtomobil şəxsiyyəti hələ məlum olmayan piyadanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb.

Hadisəni törədən sürücünün kimliyi hələ ki, məlum deyil. Onun hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.