Şəmkirdə ağır qəza, ölən və yaralılar var - YENİLƏNİB

Hadisə
  • 16 fevral, 2020
  • 19:25
Şəmkirdə ağır qəza, ölən və yaralılar var - YENİLƏNİB

Şəmkir rayonu ərazisində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrütaları məlum olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax magistiral avtomobil yolunun 395-ci kilometrliyində, Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı iki avtomobilin toqquşması nəticəsində 1985-ci il təvəllüdlü Elməddin Aslanov və 1987-ci il təvəllüdlü Əli Həsənov vəfat edib.

1998-ci il təvəllüdlü Anar Əsgərov, Fərid Mərdanov, Elvin Bayramov və 1998-ci il təvəllüdlü Şahin Ağalarov müxtəlif bədən xəsarətləri alıblar. 

Faktla bağlı araşdırma aparılır. 


***22:56

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, qəza Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər ağır xəsarətlər alıb.

Yaralılar xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə