Şəmkir və Gədəbəydə evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Şəmkir və Gədəbəydə evdən pul və qızıl-zinət əşyaları oğurlanıb Bakı. 10 oktyabr. REPORT.AZ/ Şəmkir və Gədəbəy rayonlarında evdən pul və qızıl-zinət əşyaları oğurlanıb.
Hadisə
10 Oktyabr , 2018 12:32
Şəmkir və Gədəbəydə evdən pul və qızıl-zinət əşyaları oğurlanıb
0 : 00
0 : 00

Bakı. 10 oktyabr. REPORT.AZ/ Şəmkir və Gədəbəy rayonlarında evdən pul və qızıl-zinət əşyaları oğurlanıb. 

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, Şəmkir rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də rayon ərazisindəki evlərin birindən 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Qədim qala kənd sakini Salman Qurbanzadə saxlanılıb.

Anoloji hadisə Gədəbəy rayonunda da qeydə alınıb. Belə ki, Gədəbəy rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 8-də rayon ərazisindəki evlərin birindən 7000 rus rublu və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini Bəhman Məmmədov saxlanılıb.

Son xəbərlər

Orphus sistemi