Yuxarı
    Bağlamaq

    Şəmkir sakininin intihar etməsinin səbəbi açıqlanıb

    O, uzun zamandır şiddətli baş ağrılarından əziyyət çəkirmiş

    Şəmkir. 6 iyun. REPORT.AZ/ Şəmkir rayon sakininin intiharının səbəbi açıqlanıb.

    “Report”un Qərb bürosunun məlumatına görə, rayonun Sabirkənd kəndinin sakini, 1965-ci il təvəllüdlü Elmar Heydərov uzun zamandır şiddətli baş ağrılarından əziyyət çəkirmiş. İlkin ehtimala görə, intihara da onun bu ağrılara dözə bilməməsi səbəb olub.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125.1 (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş açılıb.

    Qeyd edək ki, E.Heydərov ailəli olub, iki övladı var.

    Xatırladaq ki, E.Heydərov yaşadığı evdə ov tüfəngi ilə başına atəş açaraq özünü öldürüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi