Şəmkir sakini idarə etdiyi traktoru aşırıb, 1 nəfər ölüb

Şəmkir sakini idarə etdiyi traktoru aşırıb, 1 nəfər ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
10 İyul , 2017 13:00
Şəmkir sakini idarə etdiyi traktoru aşırıb, 1 nəfər ölüb

Bakı. 10 iyul REPORT.AZ/ Şəmkir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. 

"Report" xəbər verir ki, hadisə rayonun Yeni Göyçə kəndinin ərazisində baş verib.

Belə ki, rayonun Dağ Cəyir kənd sakini Elşən Orucov idarə etdiyi “MTZ-892” markalı traktoru aşırıb. Hadisə nəticəsində traktorda olan sərnişin - E.Orucovun babası Qonarı Orucov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ölüb.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi