Bakı. 29 iyun. REPORT.AZ/ Şəmkir rayonunda zəhərlənmə hadisəsi baş verib. Belə ki, rayon sakini spirtli içkidən zəhərlənib.
Şəmkir Rayon Mərkəzi Xəstəxanasından "Report"un Qərb bürosuna verilən məlumata görə, rayon sakini, 1960-cı il təvəllüdlü Oktay Əmiraslanov həddindən artıq araq qəbul etdiyinə görə, kəskin alkoqol zəhərlənməsi əlaməti ilə xəstəxanaya gətirilib.
Dərhal tibbi yardım alan Oktay Əmiraslanovun vəziyyəti ağır olaraq qalır.