Səmədağa Şıxlarovun ölümünə səbəb olan hadisə ilə bağlı cinayət işi açılıb

Səmədağa Şıxlarovun ölümünə səbəb olan hadisə ilə bağlı cinayət işi açılıb "Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarovun öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı bağlı cinayət işi başlanıb.
Hadisə
841
2 İyun , 2021 15:31
Səmədağa Şıxlarovun ölümünə səbəb olan hadisə ilə bağlı cinayət işi açılıb
Səmədağa Şıxlarov

"Neftçi" klubunun veteran futbolçusu Səmədağa Şıxlarovun öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı bağlı cinayət işi başlanıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq araşdırmaları davam edir.

Qeyd edək ki, S.Şıxlarov 1955-ci ildə Salyan rayonunun Xıllı kəndində anadan olub. O, karyerası ərzində "Neftçi" "Xəzər Sumqayıt", "Avtomobilçi", "MOİK Kiyev", "Kəpəz" və "Çıraqqala Siyəzən" komandasında çıxış edib. Keçmiş forvard 1982-ci ildə iki dəfə SSRİ-nin U-21 yığmasının formasını geyinib.

S.Şıxlarov 2004-cü ildə "Neftçi-2"nin, bir il sonra isə "Şirvan"ın baş məşqçisi olub. Mütəxəssis 2006 - 2008-ci illərdə "Olimpik"də, 2008-ci ildə "Neftçi" və AZAL-da köməkçi məşqçi funksiyasını yerinə yetirib.

Veteran futbolçu son illər Azərbaycan Həndbol Federasiyasında çalışıb.

İyunun 1-də Bakının Həsən Əliyev küçəsi ilə Azadlıq prospektinin kəsişməsində S.Şıxlarovu avtomobil vurub. O, hadisə yerində dünyasını dəyişib və Şirvan şəhərində valideynlərinin yanında torpaşa tapşırılıb.

Son xəbərlər

Orphus sistemi