Şəkidə piyadanı vurub öldürən sürücü saxlanılıb

Şəkidə piyadanı vurub öldürən sürücü saxlanılıb Şəki rayonunda piyadanı vurub öldürən sürücü saxlanılıb.
Hadisə
11 Aprel , 2019 17:33
Şəkidə piyadanı vurub öldürən sürücü saxlanılıb

Şəki rayonunda piyadanı vurub öldürən sürücü saxlanılıb.

Bu barədə Report"un Şimal-qərb bürosuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Bildirilib ki, aprelin 10-u saat 23 radələrində M.Ə.Rəsulzadə prospektində naməlum avtomobil yolu keçən şəhər sakini Oqtay Abdurəhimovu vurub və nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla əlaqədar Şəki şəhər rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisəni törədən şəxsin Şəki rayonunda məskunlaşmış Laçın rayon sakini Təvəkkül Qasımov olduğu müəyyən olunub. O, saxlanılaraq idarə etdiyi “VAZ-2170" markalı avtomobillə birgə ŞRPŞ-nin İstintaq bölməsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi