Şəkidə narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib
Hadisə
- 04 sentyabr, 2024
- 04:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “Qazel” markalı avtomobilin sürücüsü Rövşən Vahidov təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, yoxlama zamanı R.Vahidovun narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından sürücü tibbi müayinədən keçirilib.
Nəticədə onun narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib.
Həmçinin, şəxsi axtarış zamanı əvvəllər də dəfələrlə məhkum olunmuş R.Vahidovdan marixuana aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Son xəbərlər
07:20
Tayvan sahillərində iki zəlzələ baş verib
Digər ölkələr
06:57
Fransada yeni etiraz aksiyalarına görə təhlükəsizlik tədbirləri gücləndiriləcək
Digər ölkələr
06:05
İran ordusunun komandanı qoşunları ən yüksək döyüş hazırlığı səviyyəsini saxlamağa çağırıb
Region
05:58
Polşa ABŞ-nin nüvə çəkindirmə proqramına qoşulmaq niyyətindədir
Digər ölkələr
05:28
ABŞ-də məxfi məlumatları sevgilisinə ötürən MKİ-nin podratçısı saxlanılıb
Digər ölkələr
04:58
Venesuelada neft hasilatında son illərin ən yüksək göstəricisi qeydə alınıb
Digər ölkələr
04:30
Britaniyada yeniyetmə siyasətçini tənqid edən paylaşımlara görə saxlanılıb
Digər ölkələr
04:04
Ceydon Sançonun "Xetafe"yə mümkün keçidinin şərtləri bəlli olub
Digər ölkələr
03:53
Donald Tramp neft qiymətlərinin tezliklə aşağı düşəcəyini bildirib
Digər ölkələr