Şəkidə maşın aşıb, 1 nəfər ölüb, 3-ü yaralanıb - YENİLƏNİB-2
- 26 noyabr, 2018
- 18:56
Şəki. 26 noyabr. REPORT.AZ/ Şəki rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən və yaralananların şəxsiyyəti məlum olub.
"Report"un yerli bürosu xəbər verir ki, qəzadan sonra sürücü hadisə yerində ölüb. Avtomobildə sərnişin qismində olan rayonun Bolludərə kənd sakinləri - 1990-cı il təvəllüdlü İsmayıl Bəhram oğlu Hüseynov, 1988-ci il təvəllüdlü Xəyalə Elxan qızı Əhmədova və Xəyalənin övladı Həmayə Elçin qızı Əhmədova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Xəstəxanadan “Report”a bildirilib ki, yaralıların müalicələri xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyətləri orta-ağır və orta-stabil qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
*** 20:48
Şəki. 26 noyabr. REPORT.AZ/ Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Bolludərə kənd inzibati ərazisində, Sarıca-Bolludərə avtomobil yolunda qeydə alınıb.
Hələ ki, şəxsiyyəti bilinməyən Bolludərə kənd sakini sükanı arxasında olduğu “Chevrolet Niva” markalı, "99-MG-416" dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb.
Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə yaralanıb.
Bundan əvvəl Kürdəmirdə avtomobil su kanalına düşüb.
*** 19:08
Şəki. 26 noyabr. REPORT.AZ/ Şəki rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Bolludərə kənd inzibati ərazisində, Sarıca-Bolludərə avtomobil yolunda qeydə alınıb.
Hadisə yerinə hüquq0-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbib yardım Stansiyasının həkimbriqadası cəlb olunub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində ölən vəyaralananlar var.
Faktla bağlı araşdırma aparılırş