Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan uşaq xəstəxanada ölüb
Hadisə
- 25 aprel, 2025
- 22:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan 9 yaşlı uşaq xəstəxanada ölüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, aprelin 22-də gecə saatlarında baş verən yol qəzasında xəsarət alan 9 yaşlı Kənan Şirəlizadə xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, 1981-ci il təvəllüdlü Təvəkkül Şiralıyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonunun ərazisindən keçən hissəsində yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəstəxanada ölüb, 2016-cı il təvəllüdlü oğlu K.Şirəlizadə isə xəsarət alıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Son xəbərlər
16:42
"İmişli" Afrikadan dəvət etdiyi futbolçulardan 4-ü ilə müqavilə bağlayıb
Futbol
16:37
Foto
AFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
Futbol
16:23
Merts və Tramp Ukraynadakı müharibənin tezliklə başa çatdırılmasını müzakirə ediblər
Digər ölkələr
16:21
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
Digər ölkələr
16:21
Foto
SPECA iştirakçı dövlətləri Bişkekdə sərhədkeçmə prosedurlarının sadələşdirilməsini müzakirə edib
İnfrastruktur
16:15
Foto
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
İnfrastruktur
16:15
ABB-nin dəstəyi ilə bir gündə 1 250 ağac əkildi
Maliyyə
16:11
Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq
Ekologiya
16:09
Emin Mahmudov: "Azərbaycan millisinin formasını ilk dəfə geyindiyim günü heç vaxt unutmayacağam"
Futbol