Şəki sakinindən avtomat silah götürülüb

Şəki sakinindən avtomat silah götürülüb Bakı. 19 aprel. REPORT.AZ/ Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Mustafayev saxlanılıb.
Hadisə
19 Aprel , 2018 12:02
Şəki sakinindən avtomat silah götürülüb

Bakı. 19 aprel. REPORT.AZ/ Şəki Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elşad Mustafayev saxlanılıb. 

Bu barədə "Report"a DİN mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib. Polis əməkdaşları saxlanılan şəxsin narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər. Görülmüş tədbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Teymurov da saxlanılıb. Əməliyyat-axtarış tədbirləri nəticəsində onun şəhər ərazisində yaşadığı evdən nömrəsi silinmiş və qundağı kəsilmiş avtomat silahı, 9 ədəd 5,45 mm. kalibirli patron və 1 ədəd patron sandığı aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi