Şəhərin mərkəzində heç vaxt asfaltlanmayan küçənin sakinləri narazılıq edir - VİDEO

Şəhərin mərkəzində heç vaxt asfaltlanmayan küçənin sakinləri narazılıq edir - VİDEO Kürdəmir şəhərinin mərkəzi küçələrindən biri olan Məhəmməd Hadi küçəsinin yolu illərdir bərbad vəziyyətdədir.
Hadisə
25 İyun , 2020 14:01
Şəhərin mərkəzində heç vaxt asfaltlanmayan küçənin sakinləri narazılıq edir - VİDEO

Kürdəmir şəhərinin mərkəzi küçələrindən biri olan Məhəmməd Hadi küçəsinin yolu illərdir bərbad vəziyyətdədir.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, qış və payız aylarında palçıq və qurunt suları yolu keçilməz hala salır. Yay və yaz aylarında kanalizasiyanın çirkab sularının yaratdığı antisanitariya vəziyyəti isə sakinlərin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilir.

Sözügedən ərazidə çəkiliş aparan zaman məlum olub ki, Məhəmməd Hadi küçəsi şəhərin mərkəzində yerləşməsinə baxmayaraq yola heç vaxt asfalt örtüyü döşənməyib.

Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, Məhəmməd Hadi küçəsinin bitişik olan bütün küçələrdə yollara asfalt döşənib və növbəti mərhələdə bu küçənin yolları asfaltaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi