Səfər Əbiyevin keçmiş müavininin məhkəməsi təxirə salınıb
Hadisə
- 29 yanvar, 2016
- 11:31
Bakı. 29 yanvar. REPORT.AZ/ Mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində bu günə təyin olunan məhkəmə prosesi təxirə salınıb.
"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilməli olan prosesə şahidlər gəlməyiblər.
Məhkəmənin növbəti iclası fevralın 5-nə təyin edilib.
Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.
Son xəbərlər
20:24
Pyer Qasli "Formula-1" İtaliya Qran-prisinin təsnifat mərhələsini qazanıb
Formula 120:11
Zelenski: Sabah Kiyevdə Uitkoff və Kuşnerlə danışıqlar baş tutacaq
Digər ölkələr19:55
Türkiyədə aktyor evində ölü tapılıb
Region19:50
"Fars": ABŞ qüvvələrinin İordaniyaya köçürülməsinin qarşısı alınıb
Region19:36
Solomon adaları yaxınlığında güclü zəlzələ baş verib
Digər ölkələr19:24
ABŞ Silahlı Qüvvələri İranın üç tankerinə zərbələr endirib
Digər ölkələr19:19
Üç azərbaycanlı atlet "Alufar IRONMAN 70.3 Baku" triatlon yarışının qalibi olub
Fərdi19:05
Seymur Səfərli: Giləmeyvə istehsalının daha da genişləndirilməsi prioritetlərdən biridir
ASK18:56