“Sədərək” Ticarət Mərkəzində oğurluq hadisəsi baş verib.
“Report”un xəbərinə görə, hadisə oktyabrın 5-də “Karabella” geyim mağazasında qeydə alınıb.
Belə ki, müştəri qismində olan şəxs işçilərinin orduya yardım məqsədi ilə geyim və zəruri əşyaları toplamasından istifadə edərək mağazaya daxil olub. O, satıcıların məşğul olmasını fürsət bilərək mağazadakı stolun siyirtməsindən pulları götürüb ərazidən uzaqlaşıb.
Oğurluq anbaan müşahidə kameralarına düşüb.
Daha sonra hadisə barədə mağaza sahibi hüquq-mühafizə orqanları əməkdaşlarına müracit edib.
Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Lakin hələlik həmin şəxs saxlanılmayıb.
Bildirilir ki, onu görənlərdən hüquq-mühafizə orqanlarına müraciət etmələri xahiş olunur.