Şamaxıda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Şamaxıda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib İş hakim Əhməd Quliyevin icraatına verilib
Hadisə
8 Dekabr , 2016 09:18
Şamaxıda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakı. 8 dekabr. REPORT.AZ/ Şamaxı rayonunda qardaşını odlu silahla qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işinin ibtidai istintaqı başa çatıb.

“Report”un məlumatına görə, Rəşidzadə Azad Əli oğlunun cinayət işi üzrə Şamaxı Rayon Prokurorluğunda aparılan istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əhməd Quliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı yaxın günlərdə bəlli olacaq.

İttiham aktına əsasən, Şamaxı rayon sakini 1971-ci il təvəllüdlü Rəşidzadə Azad Əli oğlu ailə münaqişəsi zəminində ov tüfəngi ilə qardaşı 1967-ci il təvəllüdlü Rəşidov Azər Əli oğlunu güllələyib. Nəticədə ağır xəsarətlər alan A.Rəşidov hadisə yerində dünyasını dəyişib.

Bundan başqa, hadisə zamanı A.Rəşidzadə onun qarşısını kəsən öz həyat yoldaşı 1982-ci il təvəllüdlü İbadova Möminə Əlişah qızına da atəş açıb. Güllə onun arvadının qolunu yaralayıb. Daha sonra M.İbadova Şamaxı rayon Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

Hadisəni törədən A.Rəşidzadə isə polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi