Şamaxı. 18 iyun. REPORT.AZ/ Şamaxıda avtomobil piyadanı vurub.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə Şamaxı-Göylə-Padarçöl avtomobil yolunda bas verib.
Məlumata görə, piyada ağır vəziyyətdə yolun kənarında aşkarlanıb və Şamaxı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Xəstə komada olduğundan hadisənin hansı şəraitdə baş verdiyi dəqiq deyil. İlkin məlumata görə, yaralı Şamaxının Şəhriyar qəsəbə sakini, 47 yaşlı Nazim Mənsimovdur.
Yaralı xəstəxananın cərrahiyə söbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.