Şamaxıda avtomobil Bakı sakinini vuraraq öldürüb

Şamaxıda avtomobil Bakı sakinini vuraraq öldürüb Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
12 Sentyabr , 2016 17:07
Şamaxıda avtomobil Bakı sakinini vuraraq öldürüb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Şamaxı şəhərində Bakı şəhər sakini avtomobillə vurulub.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Hadisə sentyabrın 11-də saat 20:00 radələrində baş verib. Belə ki, Şamaxı şəhərində Yevlax şəhər sakini Şəhriyar Bağırzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Zöhrə Məmmədovanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi