Salyanda yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb - YENİLƏNİB

Salyanda yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb - YENİLƏNİB Salyan. 13 avqust. REPORT.AZ/ Salyan rayonunda yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.
Hadisə
13 Avqust , 2018 16:26
Salyanda yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb - YENİLƏNİB

Salyan. 13 avqust. REPORT.AZ/ Salyan rayonunda yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.

"Report"un Aran bürosu xəbər verir ki, rayonun Qaraçal qəsəbəsinin ərazisində, qəsəbə sakini, 1969-cu il təvəllüdlü Elxan Ələddin oğlu Baxşıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan zaman "Toyota" markalı avtomobillə toqquşub. Ağır bədən xəsarətləri alan sürücü E.Baxşıyev yerləşdirildiyi Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ölüb. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 


***16:17

Salyan. 13 avqust. REPORT.AZ/ Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisində qeydə alınıb. 

Belə ki, qəsəbə sakini, 1969-cu il təvəllüdlü Elxan Ələddin oğlu Baxşıyev idarə etdiyi "VAZ-2107" markalı avtomobillə hərəkətdə olan  zaman "Toyota" markalı avtomobillə toqquşub. 

Nəticədə ağır bədən xəsarətləri alan "VAZ-2107"nin sürücüsü, E.Baxşıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalara başlanlıb. 

Son xəbərlər

Orphus sistemi