Salyanda sərnişin avtobusu piyadanı vurub

Salyanda sərnişin avtobusu piyadanı vurub Salyan. 26 noyabr. REPORT.AZ/ Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə
26 Noyabr , 2017 20:12
Salyanda sərnişin avtobusu piyadanı vurub

Salyan. 26 noyabr. REPORT.AZ/ Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərində "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Neftçala rayonunun Qaraqaşlı kənd sakini, 46 yaşlı Cavid Kamil oğlu Süleymanov yolu keçmək istəyən zaman onu “İkarus” markalı sərnişin avtobusu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi