​Salyanda rayon sakinindən avtomat götürülüb

​Salyanda rayon sakinindən avtomat götürülüb Hazırda onun silahı hardan əldə etdiyi araşdırılır
Hadisə
21 İyul , 2016 22:13
​Salyanda rayon sakinindən avtomat götürülüb

Salyan. 21 iyul. REPORT.AZ/ Salyan sakinindən avtomat silahı götürülüb.

“Report”un Aran bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında Salyan rayon Polis şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Əməliyyat zamanı Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, ev 89-da yaşayan 67 yaşlı Azər Əsəd oğlu Əsədov şübhəli şəxs qismində saxlanılıb. Onun evinə baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd avtomat darağı və 100 ədədə yaxın avtomat gülləsi aşkar edilərək götürülüb.

Hazırda Polis şöbəsində Azər Əsədovun silahı hardan əldə etməsi istiqamətində işlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi