Salyanda qoyun oğruları saxlanıldı

Salyanda qoyun oğruları saxlanıldı Salyan rayonunda oğrular saxlanılıb.
Hadisə
3 Fevral , 2021 19:54
Salyanda qoyun oğruları saxlanıldı

Salyan rayonunda oğrular saxlanılıb.

“Report”un Aran bürosu xəbər verir ki, Kərimbəyli kənd sakini Abbasov Rüstəm Canbulaq oğluna məxsus xırdabuynuzlu heyvanların oğurlanması ilə bağlı Salyan Rayon Polis Şöbəsinə məlumat verilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kərimbəyli kənd sakinləri - əvvəllər məhkum olunmuş, 1995-ci il təvəllüdlü Hüseynov Orxan Mehdi oğlu, 1994-cü il təvəllüdlü Hüseynov Vidadi Vüqar oğlu şübhəli şəxs qismində saxlanılıb. İlkin istintaq zamanı məlum olub ki, O.Hüseynov və V.Hüseynov yolun kənarında otlayan 2 baş qoyunu oğurlayaraq 250 manata satıb və pulu öz aralarında bölüblər.

Hər iki şəxs törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi