Yuxarı

Salyanda qadın yemək bişirərkən ocaqda yanıb

Vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib

Salyan. 25 avqust. REPORT. AZ / Salyan rayonunda qadın ocaqda yanıb. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Alçalı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Sənəm Ələsgər qızı Əhədova həyətdə ocaq qalayarkən ehtiyatsızlıq edib. Benzini ocağa tökən zaman alov onu tutub.
Qadın yanıq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin ilkin tibbi yardımından sonra vəziyyəti ağır olduğundan o, Bakı şəhərinə göndərilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi