Salyanda motosiklet aşıb, 2 nəfər xəsarət alıb

Salyanda motosiklet aşıb, 2 nəfər xəsarət alıb Salyanda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
6 İyul , 2019 00:20
Salyanda motosiklet aşıb, 2 nəfər xəsarət alıb

Salyanda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Yenikənd kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan motosiklet qəfil idarəetməni itirib və yolun kənarına aşıb. Nəticədə motosikletdə olan iki nəfər Şəkərli kənd sakini, 1993-cü il təvəllüdlü Babayev İsmayıl Vaqif oğlu və Həsənli kənd sakini, 1995-ci il təvəllüdlü Ağalarov Raman Ağalar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hər iki şəxs Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi