Salyanda maşın maneəyə çırpılıb, 1 nəfər xəsarət alıb

Salyanda maşın maneəyə çırpılıb, 1 nəfər xəsarət alıb Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
20 İyul , 2019 08:22
Salyanda maşın maneəyə çırpılıb, 1 nəfər xəsarət alıb

Salyan rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, ötən gecə rayonun Yenikənd kəndi ərazisi ilə hərəkətdə olan “OKA” markalı avtomobil anidən idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb.

Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Həsənli kənd sakini, 1990-cı il təvəllüdlü Cavadov Samir Xanoğlan oğlu Salyan Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi