Salyanda evinə basqın olmuş mühasib həyat yoldaşı ilə yanaraq ölüb

Salyanda evinə basqın olmuş mühasib həyat yoldaşı ilə yanaraq ölüb Salyan rayonunda fərdi yaşayış evində yanğın olub.
Hadisə
12 Mart , 2022 08:23
Salyanda evinə basqın olmuş mühasib həyat yoldaşı ilə yanaraq ölüb

Fövqəladə Hallar Nazirliyi (FHN) Salyan rayonunun Aşağı Kürkəndi kəndində baş verən yanğın barədə məlumat yayıb.

“Report” nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Salyan rayonunun Aşağı Kürkəndi kəndində ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə (ümumi 192 m²) yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

08:03

Salyan rayonunda fərdi yaşayış evində yanğın olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Kürkəndi kəndində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Salyan Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və əməkdaşları cəlb olunub. Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlu və onun həyat yoldaşı, 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının meyiti aşkar olunub.

Əliyar Əliyev Salyan rayon Suvarma Sistemləri idarəsində baş mühasib işləyirdi.

Qeyd edək ki, 5-6 il bundan öncə ölən ər və arvadın evinə basqın olmuşdu. Naməlum şəxs və şəxslər tərəfindən döyülən ər və arvad xəstəxanaya yerləşdirilmişdi.

Son xəbərlər

Orphus sistemi