Yuxarı
    Bağlamaq

    ​Salyanda bir nəfəri elektrik cərəyanı vurub

    O, vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

    Bakı. 17 iyul. REPORT. AZ/ Salyan rayonunda yanğın hadisəsi olub. "Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Həsənli kəndində qeydə alınıb.

    Belə ki, kənddə vətəndaşa məxsus “MTZ” markalı traktorun qoşqusuna yığılmış ot bağlaması yüksək gərginlikli hava elektrik xəttinə ilişərək yanğın baş verib. Yanğın zamanı qoşquya yığılmış 3 ton ot bağlamasının 1 tonu yanıb.

    Hadisə zamanı bir nəfəri cərəyan vurması nəticəsində müxtəlif bədən xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi o, vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.

    Traktor, qoşqu və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın saat 11:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi