Salyanda baş verən yol qəzasında 2 nəfər yaralanıb

Salyanda baş verən yol qəzasında 2 nəfər yaralanıb Hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb
Hadisə
30 Dekabr , 2017 19:45
Salyanda baş verən yol qəzasında 2 nəfər yaralanıb

Salyan. 30 dekabr. REPORT.AZ/ Salyanda 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Ford” markalı avtomobillə “Mercedes” markalı minik maşınının toqquşması nəticəsində Sabirabad rayon sakini Kazım Qasımov və bir qadın yaralanıb. Onlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Digər yaralının adı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi