Yuxarı

Salyanda neftçala sakin ürəktutmadan ölüb

​Salyanda avtomobilyuma məntəqəsində neftçalalı sakin ürəktutmadan ölü

Salyan rayonunda Neftçala sakini ürəktutmadan dünyasını dəyişib.

“Report”un Aran bürosu xəbər verir ki, Neftçala rayonunun Xolqarabucaq kənd sakini, 1949-cu il təvəllüdlü Əliyev Məhəmməd Nəcəfalı oğlu avtomobildə olan zaman, sürücü maşını yudurtmaq üçün Şorsulu kəndindəki avtomobilyuma məntəqəsinə gətirib.

Avtomobil yuyulan zaman Məhəmməd Əliyevin qəfil halı pisləşib və elə oradaca dünyasını dəyişib. M. Əliyevin ürəktutmadan keçindiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi