Salyanda avtomobilin su kanalına aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub

Hadisə
  • 08 dekabr, 2021
  • 19:03
Salyanda avtomobilin su kanalına aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub

Salyan rayonunda “VAZ-2107” markalı avtomobilin idarəetmədən çıxaraq su kanalına aşması nəticəsində ölən şəxsin kimliyi məlum olub.

“Report”un Aran bürosunun məlumatına görə, o, rayonun Sarvan kənd sakini, 1985-ci il təvəllüdlü İsmayılov Vasif Ağahüseyn oğludur.

Qeyd edək ki, rayonun Seyidsadıqlı kəndində qeydə alınan qəzada daha bir nəfər - Şorsulu kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Alim Əzizağa oğlu xəsarət alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

22:39

Salyanda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Seyidsadıqlı kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) ölüb, rayonun Şorsulu kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Alim Əzizağa oğlu isə xəsarət alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.