Salyanda avtomobil 5 yaşlı uşağı vurub

Salyanda avtomobil 5 yaşlı uşağı vurub Salyanda azyaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Noyabr , 2019 22:40
Salyanda avtomobil 5 yaşlı uşağı vurub

Salyanda azyaşlı uşağın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında köhnə Ələt-Astara magistral yolunun rayonun Aşağı Kürkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2014-cü il təvəllüdlü İsmayılov Vüqar Xalid oğlu ailə üzvləri ilə yolda gedərkən onu yük maşını vurub. Müxtəlif dərəcəli bədən xəsarəti alan azyaşlı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardımdan göstərildikdən sonra azyaşlı ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi