Salyanda avtomobil qadını vuraraq xəsarət yetirib

Salyanda avtomobil qadını vuraraq xəsarət yetirib Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Hadisə
22 Sentyabr , 2020 23:32
Salyanda avtomobil qadını vuraraq xəsarət yetirib

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə axşam saatlarında rayonun Ərəbqardaşbəyli kəndində baş verib.

Salyan şəhəri 20 Yanvar küçəsində yaşayan 1974-cü il təvəllüdlü Babayeva Sahilə Şaban qızı yolda dayanan zaman onu “Jiquli” markalı avtomobil vurub. Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi